“Qızıl Qlobus” sahibləri məlum oldu
8-01-2024, 10:33
Oxunub: 3 016
Rejissor Kristofer Nolan “Oppenhaymer” filminə görə “Qızıl Qlobus” mükafatını alıb. Onun filmi “ən yaxşı dramatik film” nominasiyasında mükafata layiq görülüb.
Bolgə.TV xəbər verir ki, mükafat Los-Ancelesdə keçirilən 81-ci “Qızıl Qlobus” mərasimində təqdim olunub.
Filmdə baş rolu canlandıran Killian Mörfi “ən yaxşı aktyor”, kiçik Robert Dauni isə “ən yaxşı ikinci plan aktyoru” adını qazanıb.
“Barbi” filmi kinematoqrafiya sahəsindəki naliyyətlərinə və ən çox gəlir gətirən film kimi mükafatlandırılıb.
Emma Stoun “Kasıb bədbəxtlər” filmindəki baş roluna görə komediya/musiqili kateqoriyasında “ən yaxşı qadın rolu” tituluna layiq görülüb.
“Tac” filmində Şahzadə Diana rolunu oynayan Elizabet Debiki “ən yaxşı ikinci plan qadın rolu” nominasiyasında “Qızıl Qlobus” mükafatı əldə edib.
Castin Triye və Artur Harari “Enişin anatomiyası” filminə görə “ən yaxşı ssenari” nominasiyasında “Qızıl Qlobus”u qazanıblar. Bundan əlavə, film “ingilis dilində olmayan ən yaxşı film” nominasiyasında “Qızıl Qlobus” mükafatını qazanıb.
Yapon rejissoru Hayao Miyazakinin son cizgi filmi “Oğlan və quş” “ən yaxşı cizgi filmi” nominasiyasında mükafata layiq görülüb.
Ceremi Allen Uayt “Ayı” serialındakı roluna görə “ən yaxşı aktyor” nominasiyasında “Qızıl Qlobus”u qazanıb.
Lili Qladstoun isə “Bədirlənmiş ay qatilləri” filmindəki obrazına görə “ən yaxşı dramatik aktrisa” adına layiq görülüb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər