BolgeXeber.Com » Xəbərlər » Göygöldə 2 maşın toqquşdu: ölənlər var

Göygöldə 2 maşın toqquşdu: ölənlər var

10-01-2024, 14:55
Oxunub: 2 360

Bakı-Qazax magistral yolunun Göygöl rayonunun Quşqara kənd yaxınlığından keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.


Bolgə.TV xəbər verir ki, qəza zamanı 2 maşın toqquşub.

Nəticədə 1986-cı il təvəllüdlü Nüsrət Nüsrətzadə, 1985-ci il təvəllüdlü Elimxan Şabanov aldıqları xəsarətlərdən ölüblər.

Daha bir nəfər isə xəsarət alıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.