Bakıda daşınmaz əmlak bu qədər bahalaşacaq – Qiymətlər
11-01-2024, 09:50
Oxunub: 2 216
Ötən ilə nəzər salsaq görərik ki, əmlak qiymətlərində 25-30%-dək artım oldu. Artım, əsasən, ilkin mənzil bazarında müşahidə olundu.
Bu sözləri Bolgə.TV-yə açıqlamasında daşınmaz əmlak bazarı üzrə ekspert Ramil Qasımzadə deyib.
O bildirib ki, ötən illə müqayisədə bu il də qiymət artımı olacaq:
“Çünki Bakı şəhərində əmlaka tələbat çox yüksəkdir. Hesab edirəm ki, bu il yeni tikililərdə qiymətlər 10%-dək artacaq. Bina tikən sahibkarlar əvvəllər 1 kvadratmetrin maya dəyərinin 800-1200 manat olduğunu deyirdilərsə, artıq bu qiymət torpaq sahəsi ilə birlikdə 2000 manata çatıb. Son vaxtlar qiymətlər kvadratmetr üçün 1500-2000 manat arasında dəyişir. Qiymət artımı təkrar mənzil bazarına da təsir edir, əsasən burada 30% artım müşahidə olunur”.
Mütəxəssis vurğulayıb ki, ümumiyyətlə, Azərbaycanın daşınmaz əmlak bazarında hər 5 ildən bir artım olur:
“Qiymət artımı əsasən Nərimanov, Xətai, Nizami, Nəsimi və Səbail rayonlarında müşahidə olunacaq. Qeyri-yaşayış sahələrində isə ötən il 20% artım oldu. Bu il 10%-dək bahalaşma ola bilər. Çünki biznes sahələrinə də maraq artdığından, sahibkarlar qiymət artımı ilə üzləşəcək.
Mərkəzi hissələrdə yerləşən qeyri-yaşayış sahələrində daha çox qiymət artımının olacağı gözlənilir. Qiymət 1 kvadratmetr üçün 1-ci mərtəbələrdə 8-10 min manat, minimum qiymətlər 5-7 min manat aralığında dəyişəcək. Qiymətlərin artması icarə haqlarına da təsir göstərəcək. İcarə qiymətlərinin təxminən 10-15% civarında artımı müşahidə olunacaq”.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər