BolgeXeber.Com » Xəbərlər » “AzerGold” QSC ekoloji sahədə “2023-cü ilin ən yaxşı tərəfdaşı” nominasiyası üzrə təltif edilib
“AzerGold” QSC ekoloji sahədə “2023-cü ilin ən yaxşı tərəfdaşı” nominasiyası üzrə təltif edilib
9-02-2024, 11:08
Oxunub: 2 880
Bolgə.TV xəbər verir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən (ETSN) “Korporativ sosial məsuliyyət çərçivəsində ətraf mühit layihələrinə dəstək olan ən yaxşı tərəfdaş” nominasiyası üzrə təltif edilib.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev tərəfindən təqdim edilən nominasiyanı Səhmdar Cəmiyyətin adından İdarə Heyəti sədrinin müavini, Korporativ Sosial Məsuliyyət Komitəsinin sədri Xəyyam Fərzəliyev qəbul edib.
Tədbirdə, həmçinin ətraf mühitin sağlamlaşdırılması, biomüxtəliflik və ekosistemin bərpasına önəm verən, bu istiqamətdə layihələr həyata keçirən, ekoloji maarifləndirmə sahəsində təşəbbüskarlıq göstərən digər sahibkarlıq subyektləri və qeyri-hökumət təşkilatları təltif edilib.
Qeyd edək ki, “AzerGold” QSC dağ-mədən sahəsində həyata keçirdiyi fəaliyyəti ilə ölkəmizin qeyri-neft sektorunda aparıcı pillələrdə qərarlaşan əsas ixracatçı dövlət şirkətlərindən biri kimi iqtisadi inkişafa töhfə verməklə yanaşı, məsuliyyət zonalarında dayanıqlı inkişaf məqsədlərini daim diqqətdə saxlayır, ətraf mühitin mühafizəsi tədbirlərinə ardıcıl və sistemli dəstək göstərir.
Xatırladaq ki, ötən il Səhmdar Cəmiyyət tərəfindən Daşkəsən rayonunun ərazisində bitən, “Qırmızı Kitab”a daxil edilmiş nadir, nəsli kəsilmək təhlükəsində olan bitki növlərinin çoxaldılması, onların tarixən yetişdiyi ərazilərə reintroduksiyası layihəsi icra edilib. 2021-ci ildən icrasına başlanılan ekoloji layihə çərçivəsində Daşkəsən rayonunda yerləşən “Çovdar” qızıl mədəni ətrafındakı dağlardan nəsli kəsilmək təhlükəsində olan bitkilər aşkarlanaraq, toxumları yığılıb. 1 il ərzində həmin toxumların çeşidlənməsi, müvafiq dərman vasitələri ilə qurudulması həyata keçirilərək, təcrübə sahəsində yetişdirilib. Nəticədə “Rosa zangezura Jarosch.” (Zəngəzur itburnusu), “Rosa nisami Sosn.” (Nizami itburnusu) və digər nadir bitkilərin tarixən yetişdiyi ərazilərdə çoxaldılması həyata keçirilib. Nadir bitkilərin mühafizəsi tədbirlərinə dair məlumatlar ötən il işıq üzü görmüş Azərbaycan Respublikasının “Qırmızı kitab”ının yeni – 3-cü nəşrinə daxil edilib.
Eyni zamanda QSC ötən il hasilat bölgələrində reallaşdırdığı ağacəkmə, yaşıllaşdırma və çaykənarı təmizlik aksiyaları ilə ətraf mühitin mühafizəsi tədbirlərinə öz töhfəsini davam etdirib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər