BolgeXeber.Com » Xəbərlər » Xocavənddə baş verən partlayışın təfərrüatı açıqlandı

Xocavənddə baş verən partlayışın təfərrüatı açıqlandı

10-02-2024, 13:53
Oxunub: 2 624

Azərbaycan Minatəmizləmə Agentliyi Xocavənd rayonunda baş verən sursat partlayışın təfərrüatını açıqlayıb.


Bu barədə Bolgə.TV-yə ANAMA Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, 2024-cü il 10 fevral tarixində Xocavənd rayonunun Çartaz kəndi ərazisində hərbi sursatın partlayışı hadisəsi baş verib.

Arıçılıq təsərrüfatı ilə məşğul olan 1966-cı il təvvəllüdlü Ələsgərov Samir Füzuli oğlu arı yeşiklərini yığarkən yerdən tapdığı əl qumbarasının partladıcısına müdaxilə zamanı baş verən partlayış nəticəsində sağ əlindən xəsarət alıb. Zərərçəkən şəxsin sağ əlinin 3 barmağı amputasiya olunub.

ANAMA vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, tanımadıqları əşyalara toxunmamağa, təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırıb.