BolgeXeber.Com » Xəbərlər » Qubadlıda silah-sursat aşkar edildi

Qubadlıda silah-sursat aşkar edildi

13-02-2024, 09:30
Oxunub: 376

Qubadlı rayonunda silah-sursat aşkar edilib.


Bu barədə Bolgə.TV-yə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Rayonun Qayalı kəndi ərazisində 1 qumbaraatan, 44 əl qumbarası, müxtəlif çaplı patronlar və digər sursatlar aşkar olunaraq müvafiq qaydada təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.