BolgeXeber.Com » Xəbərlər » Tiflisə uçan təyyarə geri qayıtdı

Tiflisə uçan təyyarə geri qayıtdı

17-02-2024, 09:54
Oxunub: 856

“Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8229 nömrəli Bakı-Tiflis reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Bolgə.TV xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları QSC-nin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, buna səbəb Tiflis hava limanı ətrafındakı hava şəraitinin qəfil pisləşməsi (duman) olub.

Təyyarə yerli vaxtla saat 08:05-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Tiflisə yola düşəcəklər.