BolgeXeber.Com » Xəbərlər » Bakıda bu yollarda tıxac var

Bakıda bu yollarda tıxac var

21-02-2024, 09:36
Oxunub: 888
Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda sıxlıq olan yolların siyahısını təqdim edirik:
1. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;
2. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
4. Tbilisi prospekti, mərkəz istiqamətində;
5. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
6. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
7. Zərifə Əliyeva küçəsində;
8. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur