Daşkəsəndə biomüxtəlifliyin qorunması məqsədilə ekoloji aksiya keçirilib
28-02-2024, 10:41
Oxunub: 624
Bolgə.TV xəbər verir ki, Daşkəsəndə biomüxtəlifliyin qorunması məqsədilə ekoloji aksiya keçirilib
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən Daşkəsən rayonunda biomüxtəlifliyin qorunması məqsədilə ekoloji aksiya keçirilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil edilən aksiya zamanı QSC-nin əməkdaşları tərəfindən “Çovdar” qızıl mədəninin ətrafındakı meşə ərazisində ekoloji təmiz quş yemlikləri quraşdırılıb və mövsümlük yem ehtiyacı qarşılanıb. Məqsəd qış aylarında, xüsusilə qar örtüyü səbəbi ilə yem tapmaqda çətinlik çəkən quşların bəslənməsinə, mühafizəsinə dəstək olmaqdır.
Qeyd edək ki, biomüxtəlifliyin azalmasının qarşısının alınması 2022-ci ilin dekabr ayında keçirilən BMT-nin Biomüxtəliflik Sammitinin əsas mövzularından biri olub. Bu mənada sözügedən aksiya Azərbaycanda dövlət səviyyəsində həyata keçirilən və ölkəmizin zəngin flora və faunasının qorunmasına yönəlmiş ekoloji siyasətə Səhmdar Cəmiyyətin növbəti töhfəsidir.
Xatırladaq ki, “AzerGold” QSC dağ-mədən sahəsində həyata keçirdiyi fəaliyyəti ilə ölkəmizin qeyri-neft sektorunda aparıcı pillələrdə qərarlaşan əsas ixracatçı dövlət şirkətlərindən biri kimi iqtisadi inkişafa töhfə verməklə yanaşı, məsuliyyət zonalarında dayanıqlı inkişaf məqsədlərini daim diqqətdə saxlayır, ətraf mühitin mühafizəsinə ardıcıl və sistemli dəstək göstərir. Səhmdar Cəmiyyət tərəfindən cari il də bu istiqamətdə tədbirlərin davam etdirilməsi, hasilat bölgələrində ağacəkmə, yaşıllaşdırma və çaykənarı təmizlik aksiyalarının təşkili nəzərdə tutulub.
Çox Oxunanlar
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes