BolgeXeber.Com » Xəbərlər » Pensiya alanlara ŞAD XƏBƏR

Pensiya alanlara ŞAD XƏBƏR

18-03-2024, 10:55
Oxunub: 2 040

Novruz bayramı ilə əlaqədar martın 19-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının qrafikdən əvvəl ödənilməsi nəzərdə tutulub.


Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Xatırladaq ki, martın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, 15-də isə bölgələrdə yaşayan şəxslərin mart ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.