BolgeXeber.Com » Xəbərlər » Xankəndidə avtomat, saatlı bomba və qumbaralar AŞKARLANDI

Xankəndidə avtomat, saatlı bomba və qumbaralar AŞKARLANDI

26-03-2024, 12:41
Oxunub: 984
Polis əməkdaşları Xankəndi şəhərində avtomat, saatlı bomba və qumbaralar aşkarlayıblar.

Bolgə.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlərlə martın 25-də Xankəndi şəhəri ərazisindən 6 avtomat silahı, 1 tapança, 6 tüfəng, 19 qumbara, 1 saatlı bomba, 19 alışdırıcı, 50 patron darağı, 6321 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.