BolgeXeber.Com » Xəbərlər » Havanın maksimal temperaturu iqlim normasından 4 dərəcə yuxarı olub - FAKTİKİ HAVA

Havanın maksimal temperaturu iqlim normasından 4 dərəcə yuxarı olub - FAKTİKİ HAVA

30-03-2024, 11:44
Oxunub: 760
Martın 30-u saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti sabit olub, əsasən yağmursuz keçib.

Bu barədə Bolgə.TV-yə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, qar örtüyü tədricən əriyib, Şahdağda 14 sm olub.
Sumqayıt, İmişli, Cəfərxan, Şabran, Astarada dumanmüşahidə olunub, görünüş 200-500 metrədək məhdudlaşıb.
Havanın maksimal temperaturu iqlim normasından 4 dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında 19 dərəcəyədək isti, Naxçıvan MR-da 16-21 dərəcə isti, Aran rayonlarında 19-22 dərəcə isti, dağlıq rayonlarda 15 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 6 dərəcəyədək isti olub.