Xankəndiyə yeni DYP rəisi təyin olundu
30-03-2024, 16:55
Oxunub: 3 280
Xankəndi Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin edilib.
Bolgə.TV-nin məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis mayoru Azər Ələkbərov tutduğu vəzifədən azad olunaraq Xankəndi Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə rəis təyin olunub.