BolgeXeber.Com » Xəbərlər » Güclü külək nə vaxta kimi davam edəcək?

Güclü külək nə vaxta kimi davam edəcək?

4-04-2024, 09:56
Oxunub: 792
Ölkə ərazisində davam edən güclü külək axşama doğru zəifləyəcək.

Bolgə.TV xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
"Əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində güclü şimal-qərb küləyi əsir. Hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 35 m/s, Naftalanda 28 m/s, Goranboyda 27 m/s, Tərtərdə 22 m/s, Şəmkir, Gəncədə 20 m/s, Mingəçevir, Quba, Ağdam, Bərdədə 18 m/s-yə çatır", - deyə G. Məmmədova qeyd edib.