BolgeXeber.Com » Xəbərlər » Xankəndidə avtomat və qumbaralar tapıldı

Xankəndidə avtomat və qumbaralar tapıldı

5-04-2024, 09:15
Oxunub: 640
Polis əməkdaşları Xankəndi şəhərində avtomat və qumbaralar tapıblar.

Bu barədə Bolgə.TV-yə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 4-də Xankəndi şəhəri ərazisindən 3 avtomat silahı, 2 tüfəng, 5 qumbara, 37 patron darağı, 3148 ədəd müxtəlif çaplı patron, 6 ədəd rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb.