BolgeXeber.Com » Xəbərlər » Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

8-04-2024, 13:28
Oxunub: 752
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 6-10°, gündüz 13-18° olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir duman, çiskin olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-12° isti, gündüz 16-21°, dağlarda gecə 0-5°, gündüz 5-10° olacaq.