BolgeXeber.Com » Xəbərlər » Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

9-04-2024, 09:47
Oxunub: 1 232
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.

Bolgə.TV xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 1,39 ABŞ dolları və ya 1,47% aşağı düşərək 93,33 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.