BolgeXeber.Com » Xəbərlər » ASAN Xidmət bu tarixlərdə işləməyəcək

ASAN Xidmət bu tarixlərdə işləməyəcək

9-04-2024, 10:56
Oxunub: 536
Ramazan bayramı ilə əlaqədar ASAN Xidmət mərkəzlərinin qeyri-iş günlərində iş qrafiki müəyyən edilib.

Bolgə.TV xəbər verir ki, bu barədə ASAN Xidmət məlumat yayıb.
Bildirilib ki, Ramazan bayramı ilə əlaqədar 10, 11, 12 aprel tarixlərində ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində qeyri-iş günü olacaq.
13 aprel tarixindən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.