BolgeXeber.Com » Xəbərlər » Mehriban Əliyeva bayramla bağlı paylaşım etdi

Mehriban Əliyeva bayramla bağlı paylaşım etdi

10-04-2024, 09:59
Oxunub: 1 192
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva İnstaqram hesabında Ramazan bayramı münasibətilə paylaşım edib.

Bolgə.TV paylaşımı təqdim edir:
"İnsanların qəlbini və düşüncəsini nurlandıran, onları xoş əməllərə dəvət edən müqəddəs Ramazan ayının başa çatması münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Bu mübarək bayram günlərində xeyirxah niyyətlərinizlə həmrəy olduğumu bildirirəm. Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin! Ramazan bayramınız mübarək!