BolgeXeber.Com » Xəbərlər » Küləkli hava nə vaxta kimi davam edəcək?

Küləkli hava nə vaxta kimi davam edəcək?

11-04-2024, 10:04
Oxunub: 1 048
Əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur. Arabir güclənən şimal-qərb küləyi əsir.

Bolgə.TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 23 m/s, Altıağacda 22 m/s, Şamaxıda 16 m/s-dək güclənib.
Məlumata görə, ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti aprelin 12-si səhərədək davam edəcək.