BolgeXeber.Com » Xəbərlər » Kəlbəcərdə yol qəzası olub- ÖLƏNLƏR VAR

Kəlbəcərdə yol qəzası olub- ÖLƏNLƏR VAR

12-04-2024, 09:44
Oxunub: 664
Kəlbəcərdə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bolgə.TV-nin məlumatına görə, hadisə rayonun Comərt kəndində qeydə alınıb.
Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazov “Howo” markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib.
Nəticədə avtomobilin sürücüsü və sərnişin 1998-ci il təvəllüdlü Bəhrəm Sadıqov hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.