BolgeXeber.Com » Xəbərlər » Bakıda gəzinti gəmiləri niyə işləmir?

Bakıda gəzinti gəmiləri niyə işləmir?

15-04-2024, 19:12
Oxunub: 1 032
Hazırda Xəzər dənizinin səviyyəsinin enməsi və suyun sahildən geriyə çəkilməsi ilə əlaqədar Bakı şəhərinin Dənizkənarı Milli Parkında gəzinti gəmiləri müvəqqəti olaraq işləmir.

Bolgə.TV xəbər verir ki, bu barədə Azərtac-a Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, gəzinti gəmiləri dənizdə suyun səviyyəsinin enməsi ilə əlaqədar 2022-ci ilin oktyabrından fəaliyyətini dayandırıb:
“Gəmilər texniki baxışdan keçirilib, heç bir texniki nasazlıq yoxdur. Sadəcə olaraq sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə hazırda gəzinti gəmilərinin işləməsi qeyri-mümkündür”.