BolgeXeber.Com » Xəbərlər » Zəngilanda silah-sursat aşkarlandı

Zəngilanda silah-sursat aşkarlandı

18-04-2024, 16:54
Oxunub: 688
Zəngilanda silah-sursat aşkar edilib.

Bu barədə NDaxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Zəngilan Rayon Polis Şöbəsinə Ağalı kəndində silah-sursat tapılması barədə məlumat daxil olub. Həmin əraziyə keçirilən baxış zamanı 1 avtomat, 2 daraq və 43 patron aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.