BolgeXeber.Com » Xəbərlər » Sürücülərin NƏZƏRİNƏ- Tıxac yarandı

Sürücülərin NƏZƏRİNƏ- Tıxac yarandı

23-05-2024, 17:57
Oxunub: 1 952
Nərimanov rayonu, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində, metronun "Koroğlu" stansiyası istiqamətində texniki nasaz nəqliyyat vasitəsi yolda qalıb.

Bolgə.TV bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Məhz bu səbəbdən Həsən bəy Zərdabi küçəsi, Mətbuat prospekti - "Qələbə" dairəsi, eləcə də metronun "Koroğlu" stansiyası istiqamətlərində sıxlıq yaranıb. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən aidiyyəti üzrə məlumat verilib, yük avtomobilinin yoldan kənarlaşdırılması və sıxlığın qarşısının alınması istiqamətində işlər görülür