32 il öncə yarım qalan "Son Zəng" çalındı
27-05-2024, 08:32
Oxunub: 2 112
Laçın şəhər 2 nömrəli tam orta məktəbin işğaldan əvvəlki sonuncu məzunları yarımçıq qalmış hekayələrini 32 il sonra tamamlayıblar.
Bolgə.TV xəbər verir ki, 1992-ci ilin mayın 25-də keçirilən “Son zəng”ə hazırlaşan məzunların arzuları mayın 18-də Laçının işğalı ilə yarımçıq qalmışdı.
Həmin məzunlar gecikən “Son zəng”lərini məzunu olduqları Laçın şəhər 2 nömrəli tam orta məktəbdə 32 il sonra vurublar. Bu, Laçın azadlığa qovuşduqdan sonra çalınan ilk “Son zəng” olub.