BolgeXeber.Com » Xəbərlər » Kənddə dincəlmək istəyənlər üçün vacib xəbər

Kənddə dincəlmək istəyənlər üçün vacib xəbər

5-06-2024, 17:42
Oxunub: 3 288
Havalar istiləşdikcə, insanlar məzuniyyətə çıxdıqca "kənddə evim olsaydı…" arzusu aktuallaşır.

Bəs hansı ərazilərdən ucuz kənd evləri almaq olar?
Əmlak üzrə ekspert Elnur Fərzəliyev mövzu ilə bağlı Baku TV-yə açıqlamasında bildirib ki, tələbatın artması ilə əlaqədar hər yay kənd evlərinin qiymətində artım müşahidə olunur.
"Ölkənin şimal bölgəsində fərdi yaşayış evlərinin qiyməti 30-80 min manat arasında dəyişir. Aran bölgəsində isə tələbatın az olması səbəbindən kənd evlərinin qiyməti daha aşağıdır. Qiymətlər 15-30 min manat arasında dəyişir", - deyə ekspert əlavə edib.