BolgeXeber.Com » Xəbərlər » Həsənlinin yüksək bal toplaması xəbəri yalan çıxdı

Həsənlinin yüksək bal toplaması xəbəri yalan çıxdı

18-06-2024, 16:14
Oxunub: 3 152
"Hərbi xidmətini başa vurduqdan sonra imtahan verən şəxsin 699,5 bal toplaması ilə bağlı müxtəlif media orqanlarında və sosial şəbəkələrdə tirajlanan məlumat saxtadır".

Bolgə.TV xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.
Qeyd edilib ki, adıçəkilən şəxs - Rasəf Həsənli - ümumiyyətlə imtahanda iştirak etməyib.
Rasəf Həsənli özü də Oxu.Az-a açıqlamasında qeyd edib ki, barəsində yayılan xəbərdən sosial media vasitəsilə xəbər tutub və həmin məlumatlar həqiqəti əks etdirmir