BolgeXeber.Com » Xəbərlər » YAP -ın keçmiş təşkilat sədri hakim partiyanın namizədinə rəqib olur

YAP -ın keçmiş təşkilat sədri hakim partiyanın namizədinə rəqib olur

19-07-2024, 21:40
Oxunub: 3 464
Yeni Azərbaycan Partiyasının Gəncə Şəhər Təşkilatının keçmiş sədri Ramil Orucov hakim partiyanın 1 sentyabr parlament seçkilərində irəli sürdüyü namizədə rəqib olacaq.

Həmin dairədən hakim partiya deputat Müşfiq Cəfərovu irəli sürüb.
Bolgə.TV-nin Araz.az-a verdiyi xəbərə görə, Ramil Orucov namizədliyini 41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsindən elan edib.
Qeyd edək ki, Ramil Orucov Gəncə Şəhər İcra Hakimiyyətində müxtəlif vəzifələrdə də çalışıb.