Mikayıl Cabbarov Milli Mətbuat Günü ilə bağlı paylaşım etdi
22-07-2024, 10:52
Oxunub: 2 048
İqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Mətbuat Günü münasibəti ilə jurnalistləri təbrik edib.
Bolgə.TV xəbər verir ki, nazir bu barədə "X" hesabında paylaşım edib:
"Əziz media nümayəndələri, Milli Mətbuat Günü münasibəti ilə hər birinizi təbrik edirik. İşlərinizdə müvəffəqiyyətlər, yaradıcılıq uğurları və xoş xəbərlər arzulayırıq. Bayramınız mübarək".