Əvvəl Azay Quliyevin xeyrinə namizədliyini geri götürən Elmira Fərzəliyeva bu dəfə Kəmaləddin Qafarova RƏQİB OLDU
23-07-2024, 14:14
Oxunub: 2 352
Xəbər verdiyimiz kimi, YAP 2024-cü il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə 9 saylı Binəqədi ikinci seçki dairəsindən Kəmaləddin Qafarovun namizədliyini irəli sürüb.
Bolgə.TV-nin araz.az-a istinadən əldə etdiyi informasiyaya əsasən bildirir ki, hazırda Kəmaləddin Qafarovun 13 rəqibi var.
Namizədlərin siyahısı belədir:
Bəhram Nağıyev
Azər Hüseynov
Seymurr Əsgərli
Səfər Alışarlı
Rəşad Rrzayev
Əli Orucov
Taleh Əliyev
Namiq Əliyev
Elmin İsmayılov
Cəmil Hacızadə
Rafiq Namazov
Aydın Mirzəyev
Elmira Fərzəliyeva
Qeyd edək ki, Azərbaycan Milli İstiqlal Partiyasının üzvü olan Əli Orucov 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində Kəmaləddin Qafarova uduzmuşdu. Ə.Orucov bu il də eyni dairədən Kəmaləddin Qafarova rəqib olub.
Xatırladaq ki, Kəmaləddin Qafarov V və VI çağırış deputatı olub.
K.Qafarovun rəqibləri arasında yer alan Elmira Fərzəliyeva da 2020-ci ildə keçirilən parlament seçkilərində 8 saylı Binəqədi birinci seçki dairəsindən namizədliyini irəli sürüb. Lakin maraqlısı odur ki, kifayət qədər səs toplamasına baxmayaraq, Elmira Fərzəliyeva seçkilərə bir neçə gün qalmış Azay Quliyevin xeyirinə öz namizədliyini geri götürüb.
Onu da qeyd edək ki, YAP builki seçkilərdə Azay Quliyevin namizədliyini irəli sürməyib.
Xatırladaq ki, “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri və Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova 2020-ci ildə keçirilən seçkilərdə Kəmaləddin Qafarova rəqib olsa da, bu il hələ ki sözügedən dairədən namizədliyini irəli sürməyib.
Günel Səfərovanın deputatlığa namizəd olub-olmayacağını öyrənməyə çalışsaq da, onunla əlaqə yaratmaq mümkün olmayıb