BolgeXeber.Com » Xəbərlər » Məktəb binasında yanğın olub

Məktəb binasında yanğın olub

27-07-2024, 19:55
Oxunub: 2 616
Neftçala rayonunda məktəb binasında yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, rayonun Cəngan kəndində ümumi sahəsi 2 400 kvadratmetr (hər mərtəbəsi 1 200 kvadratmetr) olan ikimərtəbəli orta məktəb binasının ikinci mərtəbəsində sahəsi 12 kvadratmetr olan köməkçi otağa yığılan masa, oturacaqlar, 6 ədəd kompüter və dam örtüyünün taxta atmaları 2 kvadratmetr sahədə yanıb.
Məktəb binası yanğından mühafizə olunub. Yanğın, yanğından mühafizə bölmələri tərəfindən söndürülüb