Anar Məmmədov seçki qanununu pozdu
9-08-2024, 18:00
Oxunub: 3 240
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatı Anar Məmmədovun avqustun 9-dan əvvəl təşviqata başladığı bildirilir.
Bolgə.TV məlumat verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Məlumata görə, 97 saylı Tərtər – Ağdərə – Goranboy seçki dairəsindən namizədliyi irəli sürülən Anar Məmmədov avqustun 8-da təşviqat materiallarını lövhələrə yerləşdirib. Sözügedən fotonu yazıçı Kəramət Böyükçöl paylaşıb.
Qeyd edək ki, Seçki Məcəlləsinin 72.3, 74.1.2, 74.1.4, 75.2 maddələrinə əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin seçkiqabağı təşviqat aparması səsvermə gününə 23 gün qalmış başlanır, səsverməyə 24 saat qalmış dayandırılır