Yanğın zamanı Xəzər TV-yə ziyan dəyib?
27-09-2024, 16:16
Oxunub: 2 392
Bakı şəhər, Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsində günorta saatlarında baş verən yanğın zamanı yaxınlıqda yerləşən Xəzər TV-də təxliyə həyata keçirilib.
Bolgə.TV xəbər verir ki, TV işçilərinə təhlükəsizlik məqsədilə üç-dörd saat müddətinə qaraja girmək qadağan edilib.
Buna görə televiziya binasının qarşısında post quraşdırıblar.
Həmçinin bildirilib ki, TV-nin əmlakına ziyan dəyməyib, işçilər isə taksi və ya avtobusla evlərinə gedəcəklər. TV-nin yayımı ştat rejimində davam edir.
Hazırda yanğın söndürülüb, soyutma işləri aparılır.