Tuvalunun baş naziri Azərbaycana gəldi
9-11-2024, 12:50
Oxunub: 1 336
Tuvalunun Baş naziri Feleti Teo BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 9-da Azərbaycana səfərə gəlib.
Bolgə.TV xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər qarşılayıblar.