Saat 12:00-a olan seçici fəallığı açıqlanıb
29-01-2025, 12:03
Oxunub: 1 176
Bələdiyyə seçkiləri ilə əlaqədar səsvermənin gedişinə dair növbəti statistik məlumatlar açıqlanıb.
Bolgə.tv xəbər verir ki, Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov saat 12:00-a olan məlumata görə, seçicilərin 17.11 faizinin (1 milyon 20 min 231 nəfər) səs verdiyini bildirib.