BolgeXeber.Com » Xəbərlər » Bakıya bu tarixlərdə qar yağacaq

Bakıya bu tarixlərdə qar yağacaq

14-02-2025, 16:59
Oxunub: 1 552
Növbəti günlərdə hava şəraitinin dəyişməsi, qeyri-sabit keçməsi gözlənilir.
Bolgə.TV xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov "Ekspert saatı"nda deyib.
Onun sözlərinə görə, ölkəyə şimaldan soyuq hava kütləsi daxil olacaq:
“Ayın sonlarına yaxın Bakı və Abşeronda qarlı hava şəraitinin olması istisna olunmur. Amma bu hələ tam dəqiq məlumat deyil, çünki dəqiq proqnoz üç gün əvvəldən verilsə özünü doğruldur”.