BolgeXeber.Com » Xəbərlər » Bakıda bayram günü zəncirvari qəza olub

Bakıda bayram günü zəncirvari qəza olub

21-03-2025, 15:59
Oxunub: 1 568 Bakı şəhərinin Xətai rayonunda baş verən zəncirvari qəza nəticəsində üç avtomobilə ziyan dəyib.
Bolgə.tv lent.az-a istinadla xəbər verir ki, hadisə Fəzail Bayramov küçəsi, 8 ünvanında qeydə alınıb.
İlkin məlumatlara görə, “Toyota” markalı avtomobil yol kənarında park edilmiş VAZ-2107 markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən VAZ-2107 yaxınlıqda park edilmiş “Mersedes” markalı avtomobilə də dəyib. Nəticədə hər üç nəqliyyat vasitəsi zədələnib.
Hadisə ilə bağlı araşdırma aparılır