Unun qiyməti ucuzlaşdı
Dünən, 11:54
Oxunub: 272
İyunun 30-na olan vəziyyətə görə, Azərbaycanda un istehsalçılarının topdansatış məntəqələrində 50 kiloqramlıq un kisəsinin qiyməti 25,8-28 manat arasında dəyişib.
Bolgə tv Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu göstərici ötən həftə ilə müqayisədə 3% - 0,7 % azalma ilə müşahidə olunub.
Bakı şəhərində və Abşeron rayonunda isə unun topdansatış qiyməti 26,5-27,5 manat arasında dəyişib. Burada da qiymətlər müvafiq olaraq 1,8-1% azalıb.
Məlumata görə, ölkə üzrə unun ən aşağı topdansatış qiyməti Şabran rayonunda qeydə alınıb və 25,8 manat təşkil edib ki, bu da əvvəlki həftəyə nisbətən 3% ucuzdur. Ən yüksək qiymət isə Gəncə şəhərində müşahidə olunub – burada 50 kiloqramlıq un kisəsi 28 manata satılıb ki, bu da həftəlik müqayisədə 0,7 % azdır.
İyunun 23-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26,6-28,2 manat, o cümlədən Bakı şəhərində və Abşeron rayonunda 27-27,8 manat civarında dəyişib.
Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 26,6 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28,2 manat olmaqla Gəncə şəhərində qeydə alınıb", - deyə məlumatda qeyd olunub
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər