Sosial şəbəkələrdə separatizm təbliğatı
12-08-2011, 04:35
Oxunub: 2 613
Bir qrup şəxs talışların hüquqlarının tapdandığını iddia edib
Azərbaycanda xeyli sayda kiçik xalqların yaşaması bəzən problemlərə səbəb olur. Daha doğrusu, bu xalqların içindən çıxan bir ovuc separatçı ölkənin parçalanmasına rəvac verən açıqlamaları ilə ortalığı qarışdırmağa çalışırlar.
Bolgexeber.com bildirir ki, dünəndən etibarən sosial şəbəkələrdə seapartçıların fəallaşması müşahidə olunmaqdadır. Belə ki, Hilal Məmmədov adlı şəxsin Cənub bölgəsinin təbiətini əks etdirən fotoşəkillər yaymasından sonra ortaya atılan bir neçə şəxs bunu «talış separatizmi»nə çevirməyə başlayıblar. Həmin müzakirələrdə iştirak edən Mətləb Dadaşov adlı şəxs hətta işi ağlasığmaz yerə çatdırıb.
Sözügedən şəxs sosial şəbəkələrdə yazdığı şərhlərində iddia edib ki, guya, Azərbaycanda talışların hüquqları tapdanır və onların tarixi araşdırılmır. Bu azmış kimi, onu da deyib ki, guya, talışların tarixi «qıfıllı qapılar arxasındadır».
Amma işin ən gülməli tərəfi odur ki, Mətləb Dadaşov Azərbaycan tarixinin ən böyük qəhrəmanlarından biri olan Babəki də talış çıxarıb. O iddia edib ki, Babək qalası Cənub bölgəsindədir və Babək də talış olub. «Babəkin edamı zamanı son işlətdiyi söz isə «Axı, çe Həsəne» olub. O, öz ana dilində, talış dilində danışıb».
Bolgexeber.com olaraq bildirək ki, Azərbaycanda yaşayan bütün xalqlar üçün eyni şərait mövcuddur və heç bir ayrı-seçkiliyə yol verilmir. Xüsusən də talış xalqının nümayəndələri heç bir maneə ilə üzləşmirlər. Faktiki olaraq, bu xalqın övladları digər vətəndaşlar kimi, dövlət vəzifələrində və ayrı sahələrdə sərbəst çalışır və fəaliyyət göstərirlər. Belə təbliğatlar isə separatizmdən başqa bir şey deyil və düşmən dəyirmanına su tökməyə xidmət edir.
Çox Oxunanlar
- 7-04-2021, 11:43 : Səlim Müslümov daha bir vəzifəsini itirdi - Yeni təyinat
Xəbərlər
- 7-04-2021, 11:53 : Cəlilabad meşələrində əkilən qoz bağlarına kimlər göz dikib-ŞİKAYƏT(VİDEO)
Gündəm
- 9-04-2021, 17:03 : Malik Həsənov: Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb
Siyasət
- 7-04-2021, 11:31 : Vətəndaşların 3.2 milyon manatını mənimsəyən xanım direktor HƏBS EDİLDİ
Xəbərlər
- 17-03-2021, 12:24 : Bakı Apelyasiya Məhkəməsindən Ata Abdullayevlə bağlı QƏRAR
Siyasət
- 17-03-2021, 17:53 : Malik Həsənov: Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir
Siyasət
- 4-04-2021, 14:40 : Azərbaycanda rüşvət alan rəis belə həbs olundu - ANBAAN VİDEO
Xəbərlər
- 22-03-2021, 16:22 : Zirəddindən Azərbaycanla bağlı ŞOK PROQNOZLAR - Koronavirus, zəlzələ və... - VİDEO
Xəbərlər
- 17-03-2021, 11:37 : Arzu Rəhimovun Göyçaydakı adamı ittiham olunur - MÜRACİƏT
Gündəm
- 17-03-2021, 11:14 : Marşrut avtobusları 9 gün işləməyəcək? (AÇIQLAMA)
Sosial