BolgeXeber.Com » Siyasət » Prezident:“Biz ÜTT-yə ona görə daxil olmuruq ki...”

Prezident:“Biz ÜTT-yə ona görə daxil olmuruq ki...”

6-02-2014, 13:50
Oxunub: 4 052 Yaxın perspektivdə Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmaq niyyətində deyil. Dövlət başçısı İlham Əliyev bu haqda ölkə regionlarının iqtisadi iinkişafı üzrə dünən keçirilən konfransda danışıb.

“Hər bir ölkə öz bazarını qorumalıdır və Azərbaycan da bu yolla gedir. Bizi bu quruma israrla dəvət emələrinə baxmayaraq, hələ ki ÜTT-yə daxil olmamışıq”, - deyə İ.Əliyev bildirib.

O, Azərbaycann mövqeyini yerli istehsalçıların müdafiəsi ilə əlaqələndirib: “Biz əvvəlcə öz fermer və şirkətlərimizə şərait yaratmalıyılq. Biz öz bazarımızı keyfiyyətsiz, ucuz xarici əmtəələrin daxil olması üçün başqa cür aça bilmərik, belə olsa yerli istehsal ölər, fermerlər əziyyət çəkər”.

“Azərbaycan ÜTT-nin üzvü olacaq, amma bunun nə vaxt olmasını Azərbaycan özü həll edəcək. Azərbaycan ÜTT-yə kənd təsərrüfatı və sənaye ixrac yönlü olanda daxil olacaq. O zaman baxıb gərərik ki, indi bizi israrla bu quruma çağıranlar onda da çağıracaqlarmı?” - deyə İ.Əliyev vurğulayıb.

Qeyd edək ki, ÜTT-yə üzvlük Avropa İttifaqı ilə sərbəst ticarət haqqında saziş imzalmağı da nəzərdə tutur.
Bolgexeber.com