BolgeXeber.Com » Siyasət » Beynəlxalq konfrans iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
Beynəlxalq konfrans iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
22-02-2014, 19:15
Oxunub: 4 933
Bakıda keçirilmiş “Xocalıya ədalət!” kampaniyası: Siyasi-hüquqi qiymətləndirmədə beynəlxalq əməkdaşlıq və həmrəylik” mövzusunda II Beynəlxalq konfransın iştirakçıları fevralın 22-də Quba Soyqırımı Memorial Kompleksini ziyarət etmişlər.
Türkiyə, İsrail, Ukrayna, Belarus və Moldovadan olan konfrans iştirakçılarına xalqımıza qarşı törədilmiş soyqırımının bariz nümunəsi olan Quba kütləvi məzarlığı barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, 2007-ci ilin aprelində aşkarlanmış Quba kütləvi məzarlığında əksəriyyəti uşaq, qadın və qocalar olan 400-dən çox insanın sümükləri tapılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, məzarlıqda kütləvi şəkildə basdırılanlar ötən əsrin əvvəllərində erməni silahlıları tərəfindən vəhşicəsinə öldürülən yerli sakinlərdir.
Məzarlıqda gördüklərindən dəhşətə gəlmiş nümayəndə heyətinin üzvləri Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırımı faktının beynəlxalq aləmdə tanıdılması üçün görülmüş işlərin bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd etmişlər.
Moldova ombudsmanı xanım Aureliya Qriqoriu jurnalistlərə müsahibəsində bildirmişdir ki, insanlığa qarşı cinayət olan bu soyqırımı faktlarına beynəlxalq hüquqi qiymət verilməlidir. “Azərbaycan xalqına qarşı soyqırımı törədilməsini təsdiqləyən bir çox faktlar göz önündədir. Soyqırımı faktını təsdiq etmək azdır. Beynəlxalq təşkilatlar qarşısında ciddi məsələ qaldırılmalı, bu cinayəti törədənlər ədalət mühakiməsi qarşısında qanlı əməllərinə görə cavab verməlidirlər”, - deyə Moldova ombudsmanı vurğulamışdır.
Xanım Aureliya Qriqoriu müsahibəsində qeyd etmişdir ki, Qubada aşkarlanmış bu məzarlığa alimlərdən, tarixçilərdən, eləcə də sırf soyqırımı faktlarını araşdırmaqla məşğul olan beynəlxalq ekspertlərdən ibarət qrup dəvət olunmalıdır.
Qonaqlar ziyarət zamanı Quba Soyqırımı Memorial Kompleksinin xatirə kitabına ürək sözlərini yazmışlar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər