Azərbaycanlı ekstrasensdən 3 şok öncəgörmə
1-09-2011, 12:00
Oxunub: 2 836
“Bu il nazirlərdən biri qəfil öləcək, bir məmurun həyatına sui-qəsd olacaq...”
Öncəgörənlərin yarışması olan “Ekstra hiss” telelayihəsinin qalibi Nadim Əlixanov vesti.az-a müsahibə verib. Özünün öncəgörmə istedadı ilə azərbaycanlı seyrçiləri heyrətləndirən N.Əlixanov bu yaxınlarda “Bitva ekstrasensov 9" telelayihəsində də qalib olub. Ukraynada keçirilən və dünyada tanınmış öncəgörənlərin qatıldığı teleyarışmada o, ikinci yeri tutub. Yarışmada N.Əlixanov digər iştirakçılardan yüksək istedadı və hadisələri dəqiqliyi ilə təsvir etməsi ilə fərqlənib.
O, sözügedən müsahibəsində dünyada və Azərbaycanda gedən ictimai-siyasi proseslər barədə öncəgörmələrini dilə gətirərək deyib ki, 2012-2013-cü illərdə qaynar yağışlar yağacaq, bu illər bəşəriyyət üçün çətin illər olacaq. Azərbaycan hakimiyyətində müəyyən rotasiyalar olacağını vurğulayan öncəgörən hakimiyyətdəki tanınmış nazirlərdən birinin qəfil dünyasını dəyişəcəyini deyib. Həmin nazirin kimliyinin ona bəlli olmasını desə də, öncəgörən həmin şəxsin adını çəkmək istəməyib.
Bundan başqa, N.Əlixanov 2011-ci ilin sonunda və ya 2012-ci ilin əvvəlində yüksək ranqlı azərbaycanlı məmurlardan birinin həyatına da sui-qəsdin olacağını açıqlayıb. Amma sui-qəsdin detallarından və təxmini hansı məmura qarşı baş verəcəyindən xəbər verməyib.
N.Əlixanov tanınmış nazirin qəfil ölümü ilə yanaşı, tanınmış gənc müğənnilərdən birinin də dəhşətli yol qəzasında dünyasını dəyişəcəyini söyləyib. Maraqlıdır ki, həmin müğənninin güclü cinsə aid olduğunu desə də, onun da kimliyini dəqiqləşdirməyib.
Sonda 2012-2013-cü illərin Azərbaycan idmançıları üçün uğurlu illər olacağını bildirib.
Çox Oxunanlar
- 7-04-2021, 11:43 : Səlim Müslümov daha bir vəzifəsini itirdi - Yeni təyinat
Xəbərlər
- 7-04-2021, 11:53 : Cəlilabad meşələrində əkilən qoz bağlarına kimlər göz dikib-ŞİKAYƏT(VİDEO)
Gündəm
- 9-04-2021, 17:03 : Malik Həsənov: Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb
Siyasət
- 7-04-2021, 11:31 : Vətəndaşların 3.2 milyon manatını mənimsəyən xanım direktor HƏBS EDİLDİ
Xəbərlər
- 17-03-2021, 12:24 : Bakı Apelyasiya Məhkəməsindən Ata Abdullayevlə bağlı QƏRAR
Siyasət
- 17-03-2021, 17:53 : Malik Həsənov: Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir
Siyasət
- 4-04-2021, 14:40 : Azərbaycanda rüşvət alan rəis belə həbs olundu - ANBAAN VİDEO
Xəbərlər
- 22-03-2021, 16:22 : Zirəddindən Azərbaycanla bağlı ŞOK PROQNOZLAR - Koronavirus, zəlzələ və... - VİDEO
Xəbərlər
- 17-03-2021, 11:37 : Arzu Rəhimovun Göyçaydakı adamı ittiham olunur - MÜRACİƏT
Gündəm
- 17-03-2021, 11:14 : Marşrut avtobusları 9 gün işləməyəcək? (AÇIQLAMA)
Sosial