Rus astroloqu: “Bu il Azərbaycanda müharibə ola bilər”
9-03-2014, 09:10
Oxunub: 5 386
Bu sözləri rusiyalı astroloq Pavel Qloba deyib. Onun sözlərinə görə, rus şairi Mixail Lermontovun anadan olmasının 200 illiyi ilə bağlı 2014-cü ildə müharibələr olacaq.
Pavel Qloba müharibə olacaq mümkün olan ölkələrdən Suriyanın, İranın, Azərbaycanın və Türkmənistanın adını çəkib.
Əslində isə Pavel Qloba Rusiya ilə Ukrayna arasında gözlənilən müharibədən danışaraq bildirib ki, Lermontovun lənətlənmiş yubileyində Rusiya qəsdən müharibəyə sürüklənir. O, çox böyük ehtimalla müharibənin Rusiyada deyil, Ukraynada olacağı fikrini söyləyib. Pavel Qloba hesab edir ki, Rusiya adları çəkilən ölkələrdəki müharibədən uzaq durmalıdır.
Bütün bu deyilənlər 2014-cü ilin yanvarında işıq üzü görən “7 gün” jurnalının səhifəsində yer alıb. Qloba bildirir ki, Rusiyanın məşhur şairinin yubileylərində Rusiyada həmişə ağrılı hadisələr baş verib.
Astroloqun fikrincə, 2014-cü il özündə iki simvolik dövrü (Qırmızı Xoruz və Göy At) birləşdirir. Bunların rəngi isə Ukrayna bayrağını yaradır.
Pavel Qloba Yer kürəsinin insanlarını iyul ayından noyabr ayınadək ehtiyatlı olmağa səsləyir. Belə ki, həmin dövrdə Lermontov anadan olub və ölüb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər