Azad Rəhimov: “Azərbaycanda siyasi əsasla həbs olunan gənc yoxdur”
9-09-2011, 23:45
Oxunub: 6 616
Hazırda qeyri-rəsmi məlumatlara görə, ölkə gəncliyinin təxminən 20 faizinin mənzilə və ya mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac var.
BolgeXeber.Com xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
“İşsizlik məsələsi ilə bağlı onu deyə bilərəm ki, Azərbaycan gəncliyinin təxminən 7-8 faizi işsizlikdən şikayətlənir. Lakin bu rəqəm də sabit deyil və daim müsbət istiqamətdə dəyişir”.
Nazir həmçinin bir sıra beynəlxalq təşkilatların Azərbaycanda gənc siyasi məhbusların olması ilə bağlı bəyanat və məlumatlarını da şərh edib.
“Azərbaycanda ictimai-siyasi fəaliyyətlə məşğul olan hər hansı gənc həbsdədirsə, bu yalnız kriminal maddələrlə bağlı ola bilər. Ölkəmizdə hazırda siyasi məhbus yoxdur və heç bir gənc siyasi əsaslarla həbsdə deyil”.
Nazir qeyd edib ki, kimlərsə qanunu pozur, hərbi xidmətdən yayınır və ya cinayət işləyirsə, onların da cəzası qanunla müəyyən edilmiş normada müəyyən olunur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər