Abdullah Güldən telefon dinlənilməsi və twitter açıqlaması...
23-03-2014, 10:55
Oxunub: 4 901
Türkiyənin prezidenti Abdullah Gül, Hollandiya səfərindən qabaq twitterin bağlanması və danışıqlarının dinlənilməsi ilə bağlı jurnalistlərin suallarını cavablandırıb
Jurnalistlərə açıqlama verən A.Gül, internetdə hər hansı bir ünvanlara girməyin əngəllənməsinin qanuni olaraq mümkün olmadığını və istəklərinin tamamilə başqa olduğunu deyib: “İnternetin hər hansı bir şəkildə tamamilə bağlanılması qanunla mümkün deyil. Ancaq oralardakı bəzi səhifələrlə və profillərlə bağlı cinayət işi açılıb və söhbət yalnız cinayət işi açılan internet ünvanlarından gedir. Mən inanıram ki, bu addımlar twitter rəhbərliyi tərəfindən anlayışla qarşılanacaq və bunların hamısıyla əlaqədar lazım olan tədbirlər görüləcək. Bu tip qadağalar məsələ öz həllini tapandan sonra aradan qalxacaq”
Abdullah Gül də dinlələnibmi?
Bir müddət öncə baş nazir Ərdoğan, prezident Gülün də dinlənildiyini demişdi: “Hörmətli, Abdullah Gülü də dinləyirlər. İndiki zamanda bunu ona görə açıqlamırlar ki, hazırda mənimlə “məşğul olurlar”, vaxtı gələndə onun dinlənilmələrini də açıqlayacaqlar”.
Ərdoğanın açıqlaması ilə bağlı sualları cavablandıran Abdullah Gül özünün də dinlənildiyini istisna etmədiyini bildirib: "Yaranmış vəziyyət onu göstərir ki, bəzi vəzifəli şəxslər dövlətin onlara verdiyi səlahiyyəti aşaraq, qanunların ziddinə olaraq kimlərinsə danışıqlarını dinləyiblər. Bunların hamısı cinayət fəaliyyətidir. Bunlar hüquq çərçivəsində sübut edilməli və qanunlar çərçivəsində cəzalandırılmalıdır. Özümün dinlənilməsinə gəlincə isə, onu deyə bilərəm ki, baş vermə ehtimalını istisna etmirəm. Çünki texnologiyanın inkişaf edərək gəlib çatdığı indiki nöqtədə bunları etmək mümkündür.”
Dinlənilməsindən danışan Abdullah Gül səs yazısının çıxmasından narahat olmadığını da bildirib: “Amma bunu demək istəyirəm ki, bu mövzularla əlaqədar hər hansı bir narahatçılıq və qorxu keçirməyimdən söz gedə bilməz”.
Jurnalistlərin suallarını cavablandıran prezident, Suriyadakı “Süleyman Şah” türbəsi və onun yaxınlığında ucalan türk bayrağına qarşı Əsəd rejimi tərəfindən edilən təhdidlərə də cavab verib: “Ora Ana Vətən xaricindəki tək torpağımızdır, Türkiyə torpağıdır. Ana Vətən necə qorunursa, o cür də qorunacaq”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər