Bu gün YAP namizədlər siyahisini açiqlayacaq
15-09-2010, 09:30
Oxunub: 3 043

Hakim partiyanın deputatları və rəhbərliyi parlament seçkilərində namizəd olacaq şəxslərin adlarını artıq bilir
Bu gün axşamüstündən başlayaraq, hakim partiyanın - YAP-ın qərargahında xüsusi intensivlik müşahidə olunub. Bu partiyanın deputatlarından birinin saytımıza verdiyi məlumata görə, buna səbəb iqtidar partiyasının parlament seçkiləri ilə əlaqədar çoxdan gözlənilən siyahısının nəhayət, partiya rəhbərliyinə verilməsi olub. Adının açıqlanmaması şərti ilə müxbirimizə məlumat verən deputatın deməsinə görə, bu siyahı Prezident Aparatından göndərilib və bu gün mətbuata açıqlanacaq.
Deputat siyahının içərisi barədə məlumatsızdır; lakin ortada çoxlu sürpriz adların olması barədə ona xəbərlər çatıb. Bu da o deməkdir ki, iqtidar partiyasının parlament seçkilərinə dair siyahısında yeni adlar var; deməli “köhnə” adlardan da xeylisi yoxdur. Onun iddiasına görə, iqtidar deputatlarından əksəriyyəti və bu partiyanın rəhbərliyi siyahı barədə məlumatlıdırlar.
YAP düşərgəsində xüsusi vəziyyətin olmasını bu günə aid başqa bir xəbər də təsdiqləyir. Müstəqil deputatlardan biri müxbirimizə bildirib ki, İngiltərə kraliçasının ad günü ilə əlaqədar bu ölkənin Bakıdakı səfirliyinin düzənlədiyi ənənəvi tədbirə hakim partiyadan demək olar ki, heç kim qatılmamışdı: “Bu fakt tədbirdə iştirak edən hər kəsdə suallar doğurdu. Hamı “YAP-çılardan niyə kimsə yoxdur”, -deyə bir-birinə suallar verirdi”.
Xatırladaq ki, parlament seçkilərində iştirak etmək istəyən bütün partiya və bloklar namizədlər siyahısını açıqlayıblar. Yeganə hakim partiya – YAP seçki siyahısını hələ də açıqlamayıb. Belə bir fakt bu partiyanın tarixində ilk dəfədir müşahidə olunur.
Çox Oxunanlar
- 19-05-2022, 16:22 : Hacıqabul rayon Heydər Əliyev Mərkəzininin əməkdaşları Şirvanda olmuşlar
Mədəniyyət
- 17-05-2022, 11:26 : Salyan İcra Hakimiyyətinin başçısı Xıdırlı kəndində əhali ilə səyyar görüş keçirmişdir
Ölkə
- 12-05-2022, 09:43 : Düşmən Kəlbəcəri atəşə tutdu
Ölkə
- 13-05-2022, 09:46 : Əsəbi sakitləşdirən 12 qida - Hər gün üçünü yeyin
Xəbərlər
- 17-05-2022, 14:06 : Mədəniyyət Nazirliyindən YENİ QADAĞA – Bunlardan istifadə etmək olmaz!-VİDEO
Xəbərlər
- 6-05-2022, 14:30 : “Eurohome”un fəaliyyəti məhdudlaşdırıldı - FOTO/VİDEO
Ölkə
- 12-05-2022, 14:58 : Azərbaycandakı dəhşətli qəza ilə bağlı - Rəsmi açıqlama
Ölkə
- 12-05-2022, 19:10 : Azərbaycanda topuq testinin tətbiqinə başlanılıb
Xəbərlər
- 7-05-2022, 15:07 : Zorakılıq, zorlanma, ayrılıq... - Məktəbli qızları intihardan necə çəkindirək?
Müsahibə-Reportaj
- 16-05-2022, 17:44 : “AzerGold”un rəhbərliyinə gətirilən Mətin Eynullayev kimdir? - DOSYE
Gündəm