Hakimiyyətdən Müsavata 100 illik yubiley
5-10-2011, 17:45
Oxunub: 6 992
“Ambassador” razılaşmadan imtina etdi
“Ambassador” oteli Müsavat Partiyasının 100 illik yubileyi ilə bağlı oktyabrın 7-də “Müsavat Partiyası - 100 il azadlıq və istiqlal uğrunda mübarizədə” adlı Bakı Forumunun orada keçirilməsi barədə razılaşmadan imtina edib. Bu barədə Bolgexeber.com-a Ərəstun Oruclu məlumat verib. Onun dediyinə görə, otelin nümayəndəsi ona zəng edərək sifarişin ləğv olunduğunu bildirib. Otel nümayəndəsi heç bir səbəb göstərməyib.
Ə.Oruclunun sözlərinə görə, “Niaqara” restoranı ilə tədbirin ziyafət hissəsi ilə bağlı razılaşma əldə olunubmuş. Eyni vaxtda “Niaqara”nın nümayəndəsi də təşkilatçı tərəflə əlaqə saxlayaraq sifarişin ləğv olunduğunu deyib. Ə.Oruclu bildirdi ki, həm otelə, həm də “Niaqara”ya əvvəldən beh də ödənilibmiş.
Qeyd edək ki, “Fridrix Naumann” Fondunun təşkilatçılığı və Müsavat Partiyasının dəstəyi ilə “Ambassador” otelində keçirilməsi planlaşdırılan forumda Müsavatın avropalı müttəfiqləri, həmçinin onların dəvət etdiyi qonaqlar iştirak edəcəklər. Bu mötəbər tədbirə Türkiyə, Almaniya, Hollandiya, Finlandiya, Belçika, Gürcüstan və digər ölkələrdən 20-dək xarici qonaq qatılacaq.
Ə.Oruclu forumu hər bir halda keçirəcəkləini bildirib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər