BolgeXeber.Com » Siyasət » Azərbaycan Prezidenti Şimon Peresi təbrik etdi

Azərbaycan Prezidenti Şimon Peresi təbrik etdi

4-05-2014, 13:00
Oxunub: 3 469 Azərbaycan Prezidenti İlham Əliyev İsrailin Prezidenti Şimon Peresə təbrik məktubu ünvanlayıb.


Təbrikdə deyilir: "İsrail dövlətinin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə İsrail arasında dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edərək xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram".

Bolgexeber.com