Kasıbın puluna göz dikənlər
3-07-2010, 14:35
Oxunub: 10 457

Bərdə Sosial Müdafiə Mərkəzin rəhbəri Vidadi İmanquliyev rayon sakinlərinin pensiya və yardımlarını gecikdirməklə hamını boğaza yığıb
Rayonlarda acınacaqlı vəziyyətlə əlaqədar son dövrlər şikayətlərin sayı artmaqdadır. Artıq mətbuat orqanlarına vaxtaşırı müraciət edən əyalət sakinləri başlarına gətirilən oyunlardan bəhs edir və özbaşınalıqlardan xilas olmaq üçün çıxış yolları göstərilməsini xahiş edirlər.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Bərdə rayon şöbəsindən isə bir qrup bolgexeber-e şikayətdə bulunub. Bizə müraciət edən bir qrup rayon sakininin sözlərinə görə, Bərdə Sosial Müdafiə Mərkəzində vətandaşlar üçün müxtəlif problemlər yaradılır. Adının çəkilməsini istəməyən rayon sakinlərinin sözlərinə görə, mərkəzin rəhbəri Vidadi İmanquliyevin səhlənkarlığı ucbatından pensiyaları və kasıb ailələr üçün nəzərdə tutulan sosial müavinətləri, yəni yardımları vaxtlı-vaxtında almaq mümkün olmur.
Sakinlər bildirir ki, bir neçə ildir mərkəzə rəhbərlik edən V.İmanquliyev oranı şəxsi idarəsi hesab edərək vətəndaşlarla necə gəldi rəftar edir: «Biz bu adamın əlindən bezmişik. Nə pensiyanı vaxtında verirlər, nə də o biri pulları. İdarəyə gedib pulumuzu almaq istəyəndə Vidadi İmanquliyev bizə elə sifət göstərib, elə söyüşlər söyür ki, guya bu pulları cibindən verir. O, işini ikinci plana atıb. Arxasında dayanan şəxslərin gücünə arxalanan Vidadi müəllim bərdəlilərə qarşı amansız münasibət göstərir. Heç kim onun sözünün qarşısına söz deyə bilmir. Elə olur ki, aylarla pensiya ala bilmirik. Keçən dəfə bir çörəyə məcbur olan ailə dövlətin verdiyi yardımı almaq üçün mərkəzə gəlmişdi. Vidadi müəllim onlara dedi ki, gedin 6 aydan sonra gələrsiniz. O bu kasıbın yardımını 6 ay alıb özü yeyəcək».
Sakinlər qeyd etdilər ki, dövlətin imkansız ailələr üçün ayırdığı yardımların ünvana çatdırılması yalnız ilin bir rübündə mümkün olur: «Vidadi müəllim yardım alan bütün kasıbların pulunu 6 ay özü alır. Bununla bağlı rayon rəhbərliyinə müraciət olunsa da, Vidadi İmanquliyevə bir kəlmə belə artıq söz deyilməyib. Çünki rayonun başçısı da bilir ki, Vidadi müəllim kimin adamıdır. Onun etikası da yerində deyil, yerli camaata ağzından gələni deyir. Biz bilmirik ki, hara şikayət edək. Sizdən xahişimiz odur ki, bizim şikayətimizi lazımi orqanların diqqətinə çatdırasınız. Dövlət məmuru, dövlətin güvəndiyi insan belə işlərlə məşğul olmamalıdır».
Bərdəlilərin şikayətini dinlədikdən sonra DSMF-nın sədri Səlim Müslümovun etibar edərək Bərdə Sosial Müdafiə Mərkəzinə rəhbər qoyduğu V.İmanquliyev barədə qısa araşdırma apardıq. Araşdırmalarımızdan sonra məlum oldu ki, mərkəzin rəhbəri bu vəzifəyə keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin xeyir-duası ilə gəlib. Bərdədəki mənbələrimizdən redaksiyamıza sızan bilgilərə görə, Vidadi müəllim sabiq nazirin ən yaxın adamlarındandır və hazırda Belarusiyada səfir olan Əli Nağıyev ona hər cür dəstəyi göstərir.
Mənbə bildirir ki, mərkəz rəhbərinin hazırkı əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovla da münasibətləri çox yüksək səviyyədədir. Mənbənin digər məlumatları geniş araşdırmalar tələb etdiyindən hələ bəzi məlumatları dərc etməyi lüzum görmürük.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər