BolgeXeber.Com » Siyasət » Hökumət xərclənən vəsaitlə bağlı ictimaiyyətə çox az informasiya verir

Hökumət xərclənən vəsaitlə bağlı ictimaiyyətə çox az informasiya verir

7-10-2011, 18:10
Oxunub: 5 084 Hökumət müdafiə və təhlükəsizlik sahəsində xərclənən vəsaitlə bağlı həm ictimaiyyətə, həm də qanunverici orqana çox az informasiya verir ki, bu da həmin sahələrdə hesabatlılığı tam öyrənməyə imkan vermir

Transparency International təşkilatının Müdafiə və Təhlükəsizlik proqramı tərəfindən hazırlanan yeni hesabatda göstərilir ki, çox sayda dövlətlər müdafiə və təhlükəsizlik sahəsinə ayrılan vəsaitin xərclənməsi ilə bağlı məlumatları ictimaiyyətə ya az yada ümumiyyətlə heç yaymırlar. Bu isə ictimiyyətə xərclərin hesabatlılığını aparmağa imkan vermir.

Transparency International təşkilatından Bolgexeber.com-a verilən məlumata görə, Azərbaycan hesabatda şəffaflığı orta aşağı qiymətləndirilən ölkələr arasındadır. Hesabatda qeyd olunur ki, hökumət müdafiə və təhlükəsizlik sahəsində xərclənən vəsaitlə bağlı həm ictimaiyyətə, həm də qanunverici orqana çox az informasiya verir ki, bu da həmin sahələrdə hesabatlılığı tam öyrənməyə imkan vermir.

“Müdafiə büdcələrinin Şəffaflığı” hesabatı Transparency İnternational təşkilatının Müdafiə və Təhlükəsizlik proqramı tərəfindən hazırlanan yeni hesabatdır. Hesabatda 93 ölkənin təcrübəsi öyrənilib və əldə olunan nəticə bundan ibarətdir ki, bu ölkələrin əksəriyyətində müdafiə və təhlükəsizlik sahəsində xərclər barədə ictimaiyyətə kifayət qədər geniş məlumat verilmir. Hesabatdan görünür ki, hətta bəzi ölkələr qanunvericiklə nəzərdə tutulmasına baxmayaraq, bu məlumatları geniş ictimiyyələşdirmirlər. Müdafiə büdcələri ilə bağlı sənədləri (büdcə təklifləri və audit hesabatları da daxil olmaqla) əldə edə bilmək çox vacibdir, çünki bunlar ictimaiyyət və vətəndaş cəmiyyəti üçün hökümətlərinin hesabatlılığını qiymətləndirmək üçün əsas vasitədir.

Hesabatda müdafiə büdcələrində şəfafflıq məsələləri, mövcud vəziyyət və büdcənin tərtib edilməsi ilə bağlı mümkün risklər də daxil olmaqla bir çox məsələlərə diqqət yetirilib. Eyni zamanda, 93 ölkə müdafiə büdcəsinin şəffaflığına görə qiymətləndirilib.
Ümumi qiymətləndirmə ondan ibarətdir ki, hesabatda nəzər alınan ölkələrdən 65%-ində müdafiə büdcələrinin şəffaflığı ya orta ya daha aşağıdır.

Azərbaycanda göstərici orta aşağı kimi qiymətləndirlib. Hökumət müdafiə və təhlükəsizlik sahəsində xərclənən vəsaitlə bağlı həm ictimaiyyətə, həm də qanunverici orqana çox az informasiya verir ki, bu da həmin sahələrdə hesabatlılığı tam öyrənməyə imkan vermir. Açıq Büdcə Hesabatına, görə hökumət büdcə sənədlərini dərc edir, amma Açıq Büdcə Hesabatının mütəxəssislərinin rəyinə görə, (OBI’s researcher), ölkədə gizli məsələlərə xərclənən vəsaitlə bağlı məlumat yoxdur. Ölkə parlamentinə müdafiə büdcəsi ilə bağlı müəyyən məlumat verilsə də, qanunverici şəxslər bu sahədə xərclərin ümumi vəziyyətini görə bilmələri üçün audit hesabatı ilə təmin edilmirlər.
Transparency International təşkilatının Müdafiə və Təhlükəsizlik proqramının direktoru Mark Paymen deyib ki, müdafiə və təklükəsizlik sahəsində şəffaflığın və məlumatların əldə edilməsi ilə bağlı ciddi narahatlıqlar var. “Milli təhlükəsizlik sahəsinin işində məxfilik əsas mərkəzi yerlərdən birini tutsa da, bu bəzən yüksək büdcə məcmusu, artıq qiymətləndirməyə və korrupsiya əməllərinə yol açır”, deyə Paymen qeyd edib.